Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin
sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq
proqramındaiştirakını genişləndirir.Apreldən başlayaraq indiyə
qədər 48 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi
avadanlıqlar alıb.
Bankın özünüməşğulluğuna dəstək verdiyi ailələrin 23-ü
Bakı və Bakıətrafı ərazilərdə, 9-u Gəncə, 3-ü Şirvan, 2-i Sumqayıt şəhərində,
2-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 2-i Füzuli, 1-i Tovuz, 1-i Cəlilabad,
1-i Zaqatala rayonunda yaşayır.
Azərbaycan Beynəlxalq Bankının köməyi ilə kiçik
biznes qurub özünün və ailəsinin dolanışığını təmin edəcək vətəndaşlarımızın 9
nəfərinin məcburi köçkün, 13 nəfərinin fiziki məhdudiyyətli,1 nəfərinin şəhid
ailəsinin üzvü, 1 nəfərini
n isə cəzaçəkmə müəssisəsindən azad edilmiş və
hazırda sosial adaptasiyaya ehtiyacı olan şəxs olması bu layihənin dəyərini
daha da artırır.
Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı
vətəndaşların 16 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının
inkişafına, qadınların məşğulluğunun təmin edilməsinə Azərbaycan Beynəlxalq
Bankının daha bir töhfəsidir.
Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və
broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil,mebel,avtotəmir,
sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı
ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları
ilə təmin edilir. Azərbaycan Beynəlxalq Bankı isə həm Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin müvafiq proqramı,həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan
Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali
qruplarının özünüməşğulluğunadəstək verir.
Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq,
yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə proqramın
unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf
biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq
Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və
korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal
iştirak edir. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !