​"Azərbaycan Beynəlxalq Bankı" iri inşaat şirkətini məhkəməyə verdi

13:20 | 22.09.2015
​

​"Azərbaycan Beynəlxalq Bankı" iri inşaat şirkətini məhkəməyə verdi

 "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti (ABB ASC) "AzərSənaye İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report"un məlumatına görə, bank kredit borcunun tutulmasına dair iddia qaldırıb. Kredit borcunun məbləği açıqlanmır.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "AzərSənaye İnşaat" şirkəti tikinti sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. Şirkət Azərbaycanın tikinti bazarında artıq 2007-ci illərin sonlarından fəaliyyət göstərir. Eyni zamanda, müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlərlə, biznes dairələri və xarici partnyorları ilə də əməkdaşlıq edir. Şirkətin tərkibinə "Air Ventilation Systems”, "HİTACHİ İnspire the Next”, Rusiyada "İnterRostStroyEngineering” və Turkiyədə "Pyramidal” fəaliyyət göstərən törəmə şirkətlər daxildir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM