Azərbaycan
Beynəlxalq Bankı müştərilərin, biznes subyektlərinin bank xidmət və məhsullarına
əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Masallıda yeni
filialını açıb. Bununla da Azərbaycan Beynəlxalq Bankının filiallarının sayı
37-ə, umumi müştəri xidməti ofislərinin sayı isə 76-a çatıb. Bankın yeni filialı
Masallı şəhəri, Heydər Əliyev prospekti - 34 ünvanında fəaliyyət göstərəcək.
Fərdi və
korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Masallı filialında kassa-hesablaşma
əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri,
plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və
s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər.
Azərbaycan
Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib
ki, filialların transformasiyası çərçivəsində xidmət ofislərinin müasirləşdirilməsi
ilə yanaşı, geniş müştəri potensialına malik regionlarda bankın yeni filial və
şöbələrinin yaradılması imkanları da dəyərləndirilir: "Masallı rayonu biznesin getdikcə inkişaf etdiyi, kiçik və orta
sahibkarlıq fəaliyyətinin genişləndiyi, əhalinin bank xidmət və məhsullarına tələbatının
artdığı rayonlarımızdandır. Yeni filialımız regionda maliyyə resurslarına çıxış
imkanlarını asanlaşdıracaq, müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə
təmin edəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !