Azərbaycan Beynəlxalq Bankı şahmat turnirində qalib oldu

10:16 | 17.05.2019
Azərbaycan Beynəlxalq Bankı şahmat  turnirində qalib oldu

Azərbaycan Beynəlxalq Bankı şahmat turnirində qalib oldu

13-15 may 2019-cu il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib.
 
Anews.az xəbər verir ki, 2016-cı ildən bəri artıq 4-cü dəfədir ki, keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 20 bankdan 60-dan artıq nümayəndə iştirak edib.
Yarışın nəticələrinə əsasən, komanda hesabında "Azərbaycan Beynəlxalq Bankı" ASC qalib olub və ötənilki birinciliyini qoruyub. Bankın əməkdaşları komanda hesabında 21.5 xal qazanıblar. Komandanın kapitanı Rauf Hacılı 9 oyundan 9 xal əldə edərək şəxsi hesabda 3-cü il ardıcıl yarışın qalibi olub.
Belə bir ənənəvi yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın kütləviliyini artırmaq, bank sektorunda çalışanların asudə vaxtının səmərəli təşkilidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb