Texnologiyaların
sürətli inkişafı, müştəri tələblərinin yüksəlməsi, rəqabətdə baş verən dəyişikliklərə
uyğunlaşa bilmək böyük biznes qurumlarının davamlı transformasiyasını tələb
edir. Azərbaycan Beynəlxalq Bankı öz Transformasiya tədbirlərinin effektiv icrası
məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq Transformasiya Ofisinin qurulmasına
başlayıb və burada işə qəbul üçün vakansiyalar elan edib.
Transformasiya
Ofisində işə qəbul olunan hər bir işçi
Bankın digər struktur bölmələrinin əməkdaşları ilə birgə çalışacaq. Azərbaycan
Beynəlxalq Bankının bu irimiqyaslı layihəsində
yaxından iştirak ona bərabər imkanlar mühitində uğurlu karyera qurmaqla yanaşı,
komanda işi vərdişlərini daha da təkmilləşdirmək, yeni bilik və bacarıqlar əldə
etmək, xüsusilə beynəlxalq konsultantlarla müştərək iş mühitində əlavə təcrübələr
qazanmaq fürsəti yaradacaq.
Vakansiyalar
üzrə vəzifə öhdəlikləri, namizədlərə tələblər və müraciət qaydaları ilə buradan
tanış olmaq mümkündür: https://www.ibar.az/az/about-bank/human-resources/
Müasir
dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları
bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !