Regionun aparıcı bankı Azərbaycan Beynəlxalq Bankı
ölkəmizin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekomla birgə Azercell abunəçiləri
üçün xüsusi kobrend kart təqdim edib. Bu kart öz sahibinə gündəlik xərclərindən
qazanmaq fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1
manat üçün 1 bal əldə edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə
və ya meqabaytlara dəyişə bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözü
2937 qısa nömrəsinə SMS göndərmək kifayətdir.
Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti
üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı istənilən Azercell
abunəçisi 24 dekabrdan etibarən cəmi 10 manat ödəməklə Azərbaycan Beynəlxalq
Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də Bankın rəsmi internet
səhifəsindən sifariş verə bilər: https://ibar.az/az/azercell-co-brand/
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri
Abbas İbrahimov: "Bu kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz
sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya
çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı
olacaq. Azərbaycan Beynəlxalq Bankı və Azercell-in birləşən imkanları
insanlarımızın həyatına yeni faydalar gətirəcək”.
Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev:
"Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı
mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin gündəlik həyat
prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə yerinə yetirilməsi
üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu baxımdan, strateji tərəfdaşımız
olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə istifadəyə buraxılan kart
bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat fayda qazandıraraq onların həyatını
daha mobil etməyə imkan yaradacaq”.
Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR
hesablarında da açdırmaq olar. Azərbaycan Beynəlxalq Bankının "Qayğıkeş” layihəsi
çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla və bankın POS terminalları ilə
ödəniş zamanı müştəri xərclədiyi vəsaitin 20%-dək hissəsini dərhal kart
hesabına geri alır. Tezliklə, kartın kredit imkanları da müştərilərin istifadəsində
olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !