-Abbas müəllim, Azərbaycan Beynəlxalq Bankı 2019-cu
ilin 9 ayını hansı göstəricilərlə başa vurdu?
-2019-cu ilin 9
aylıq nəticələrinə əsasən, Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,3 milyard
manat, cəmi kapitalı 1,5 milyard manat, əməliyyat mənfəəti isə 250 milyon manat ətrafında olub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə, bankda
müştəri hesablarının qalığı 800 milyon manat artaraq, 5,4 milyard manata çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində də 551 milyon manat
artım qeydə alınıb. Bunun 376 milyon manatı iri korporativ müştərilərə, həmçinin
kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərlə bağlı artımdır.
-Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf
planı artıq hazırdırmı? Onun nə vaxtdan reallaşdırılması nəzərdə tutulur?
-Azərbaycan
Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq bankın müvafiq idarəetmə
orqanları tərəfindən təsdiqlənib və bir aya yaxındır ki, onun tətbiqinə
başlanıb. Strategiya bank menecmentinin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin
iştirakı ilə hazırlanıb, 2022-ci ilə qədər
olan müddəti əhatə edir. Yeni strategiyanın
əsas məqsədləri dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat səmərəliliyi
və ən yaxşı təcrübəyə uyğun korporativ idarəetmə sisteminin qurulmasıdır.
Buna nail olmaq
üçün Azərbaycan Beynəlxalq Bankı korporativ və pərakəndə seqmentdə əsas məhsullar
üzrə ilk iki bankdan biri olmağı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi
sahəsində rəqabətədavamlı bazar payına sahib olmağı, sektorda ən yaxşı rəqəmsal
təcrübə ilə ən yüksək müştəri məmnunluğu və NPS (Net Promoter Score) göstəricisinə
malik bank olmağı, ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi və rəqəmsal
bankçılığın inkişafına töfhə verməyi, həmçinin maliyyə sektorunda ən yaxşı işəgötürən
kimi tanınmağı əsas strateji hədəfləri kimi təyin edib.
-Beynəlxalq Valyuta Fondu bu ilin sentyabrında
açıqladığı hesabatında bankın güclü biznes modelinin olmadığını göstərib və özəlləşdirilməsinin
sürətləndirilməsini vacib sayıb. Bankın özəlləşdirilməsi məsələsi hazırda nə
yerdədir? Bununla əlaqədar nə işlər görülür?
-Təsdiq edilmiş
yeni strateji inkişaf planı çərçivəsində Bankın makroiqtisadi duruma, ölkənin
sosial-iqtisadi inkişafına uyğun əsaslı və dayanıqlı biznes modeli hazırlanıb. Özəlləşdirmə
məsələsinə gəlincə isə bu, səhmdarların qərarlarından asılı məsələdir. İndiki mərhələdə
bank menecmenti olaraq bizim əsas missiyamız yeni inkişaf strategiyası üzrə qarşımıza
qoyulmuş tapşırıqlara uyğun olaraq bankın maliyyə dayanıqlığının, mənfəətliyinin,
institusional inkişafının, rəqabətqabiliyyətli biznes modelinin təmin olunması
üçün tədbirlər həyata keçirmək və bankın bazar dəyərinin artırılmasına nail
olmaqdır.
-Yeri gəlmişkən, son dövrlər Azərbaycan Beynəlxalq
Bankı bazara yeni xidmət və məhsullar təqdim edir, sosial layihələr həyata
keçirir. Bunun davamı olacaqmı?
-Bəli, son
aylarda biz VISA beynəlxalq ödəniş sistemi ilə birlikdə Azərbaycanda ilk dəfə
NFC texnologiyası ilə ödənişlərin tətbiqinə başladıq. Yenə də ölkəmizdəki
biznes qurumları arasında ilk dəfə olaraq əmək bazarı üçün informasiya
texnologiyaları sahəsində peşəkar mütəxəssislər hazırlayan IBA Tech
Akademiyasının açılışını etdik. Yüzdən çox tələbə artıq bu Akademiyada ödənişsiz
qaydada proqramçı ixtisasına yiyələnir. Bundan
başqa, çoxfunksiyalı – dual kart məhsulumuz olan Tamkartı bazara təqdim etdik.
Bütün bunlar müştərilərimiz və ümumilikdə cəmiyyətimiz tərəfindən müsbət
qarşılanır. Bu addımlar Bankın yeni inkişaf strategiyasında qarşımıza
qoyduğumuz hədəflərə yönəlib və təbii ki, davamı olacaq. Bununla bağlı hələlik
onu deyə bilərəm ki, ilin sonunadək ölkəmizdə kiçik və orta sahibkarlığın
inkişafının dəstəklənməsi istiqamətində maraqlı bir layihəmizi, eyni zamanda tərəfdaşımızla
birgə hazırladığımız yeni kart məhsulunu ictimaiyyətə təqdim edəcəyik.
-Azərbaycan Beynəlxalq Bankı investisiya şirkəti
yaradır. Bu şirkətin fəaliyyəti, əsasən, nədən ibarət olacaq?
Strategiyaya
uyğun olaraq yüksək gəlirli müştərilərə, o cümlədən korporativ müştərilərə
alternativ investisiya məhsullarını təqdim etmək üçün bank tərəfindən
investisiya şirkəti yaradılacaq və platforma qurulacaq. Düşünürük ki, belə bir
şirkətin uğurla fəaliyyət göstərə bilməsi üçün Azərbaycan bazarında çox böyük
potensial var.
"Azərbaycan
Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində
keçirilmiş ümumi yığıncağında bu şirkətin yaradılmasına qərar verilib. Hazırda
Bankın İdarə Heyəti tərəfindən şirkətin yaradılması və fəaliyyətə başlaması
üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməkdədir.
-Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına
dividendlər ödəyirmi?
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !