Bu gün Bakıda ənənəvi
Beynəlxalq Caz Festivalı - "Baku Jazz-2019” başlanır. Müxtəlif sahələrdə
korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq
Bankı "Baku Jazz-2019”-un da sponsorlarındandır. Festivalın açılış mərasimi bu
gün saat 17.00-da Qız qalasının ətrafında keçiləcək.
Oktyabrın 27-dək
davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli zəngindir. Festivalın
konsert proqramları Rotunda Caz Klubunda, Beynəlxalq Muğam Mərkəzində, Akademik
Musiqili Teatrında təşkil olunacaq. Festival çərçivəsində cazla bağlı maraqlı filmlərin
nümayişi, seminarlar, sərgilər olacaq. Festivala oktyabrın
27-də Rotunda Caz Klubunda yekun vurulacaq.
Bakı Beynəlxalq
Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm də yerli caz
ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən "European
Jazz Network” təşkilatının üzvüdür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !