Hər
zaman müştərilərin yanında olan Azərbaycan Beynəlxalq Bankı qarantiyalarından
faydalanan müştərilərin seçim
imkanlarının artırılması, onların valyuta risklərindən sığortalanması üçün daha
bir addım atıb.
Bank xarici valyuta hesabında vəsaiti olan iş adamlarına həmin
vəsaitin müvafiq ekvivalentinin bloklaşdırılması hesabına manatla qarantiya əldə
etmək imkanı yaradıb.
Bank qarantiyası
iş adamlarının tərəfdaşlıq imkanlarını genişləndirən, bu sahədə riskləri
azaldan çox faydalı məhsuldur. Bütün dünyada biznes münasibətlərində bank qarantiyası
xidmətindən geniş istifadə edilir. Bank tərəflərin bağlanmış əqd üzrə öhdəliklərini
yerinə yetirəcəklərinə əvvəlcədən yazılı təminat verir. Beləliklə, biznes
razılaşmalarının əldə olunması sürətlənir. Risklər aradan qalxmış olur.
Azərbaycan
Beynəlxalq Bankı iş adamları üçün həm yerli səviyyədə, həm də xarici müxbir əlaqələri
hesabına beynəlxalq miqyasda ən geniş qarantiya imkanları təqdim edən
banklardandır. Bu sahədə zəngin təcrübəsi ilə bank sahibkarların biznesinə yaxından
dəstək olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !