Müştərilərin
daha sərfəli və rahat şərtlərlə kredit istəyini nəzərə alan Azərbaycan Beynəlxalq
Bankı yay fəslinin başlanğıcında yeni kampaniya elan edib. "Belə krediti götürərlər!”
devizi ilə keçirilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına
sahib hər kəs nağd pul kreditini indi bankdan cəmi 18%-dən başlanan illik faiz
dərəcəsi ilə və 15.000 manatadək zaminsiz ala bilər. Azərbaycan Beynəlxalq
Bankından ilk dəfə kredit alan müştərilərə isə bank xüsusi güzəştlər nəzərdə
tutur. İllik faizlərin aşağı olmasından əlavə, kreditin həm də uzun müddətə
verilməsi müştərilərin aylıq ödəniş məbləğlərinin azalmasına və aylıq borcların
heç bir çətinlik çəkmədən ödənilməsinə şərait yaradır.
Kampaniyanın özəllikləri:
• Kreditin müddəti - 60 ayadək
• İllik faiz dərəcəsi - 18%-dən başlayaraq
•
Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ
Kampaniya
30 avqust tarixinə qədər davam edəcək.
Müxtəlif
ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan
Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət
vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı
kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul
kreditini sifariş vermək olar. Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq
Bankının "28 Mall” və "Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də
kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün
937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !