İtaliyanın "Yuventus” futbol klubunun
regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankının klubla müştərək brendləşdirilmiş
(co-brand) Mastercard Platinum debet kartlarını artıq bankın filiallarında əldə
etmək olar. Xüsusi dizayn və özəlliklərə malik kartları həm bankın istənilən
filialında, həm də bu link vasitəsilə sifariş edib almaq mümkündür: https://www.ibar.az/az/yuventus/
Co-brand kartları AZN, USD və EUR hesabında
açılır. 3 il müddətinə nəzərdə tutulmuş kartların sayı məhdud - cəmi 3 min ədəddir. Kart müddəti 3 il, xidmət
haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını
həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində
nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.
Kart
"cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu
kartla aparılan ödənişlərin 1%-i "cash-back” olaraq müştərinin kartına geri
qayıdır. Azərbaycan Beynəlxalq Bankının "Xərclədikcə gəlir” sloqanı ilə
reallaşdırdığı "Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda
bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi
elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq
Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla
"Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir
alış-veriş məbləğinə 2% "cash-back” geri qayıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !