Azərbaycanın bəzi banklarında dollar satışı dayandırılıb - SİYAHI

12:05 | 01.04.2020
Azərbaycanın bəzi banklarında dollar satışı dayandırılıb - SİYAHI

Azərbaycanın bəzi banklarında dollar satışı dayandırılıb - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda dollar satışı dayandırılıb. Anews.az hansı banklarda hal-hazırda dolların satılıb-satılmadığını araşdırdı və təqdim edirik.
 
Kapital bank – dollar bu gün 1.7020 satılır. 500 dollara qədər satış həyata keçirilir.
 
ATAbank –  dolların bitdiyi üçün  satış həyata keçirmir.
 
Bank Respublika – dollar bu gün 1.7025 satılır. 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir. 500 dollardan yuxarı məbləğdə alış-satış həyata keçirdikdə, şəxsiyyət vəsiqəsi təqdim edib, pulun mənbəyi ilə bağlı anket doldurmalısınız.

MuğanBank – dollar bitdiyi üçün satışı həyata keçirmir.
 
Accecbank – dollar bu gün 1.7025 satılır. 10 min dollar qədər satış həyata keçirilir. Daha yuxarı məbləğ olduqda müvafiq ərizə forması doldurmalısınız.
 
Azərtürkbank – dollar bu gün 1.7020 satılır. Şəxsiyyət vəsiqəsi ilə bir nəfərə 500 dollar verilməsi mümkündür. Blank doldurulduğu halda 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti