ANN.Az ” AzərTac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.
Yaşar Əliyev deyib: "Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə biz böyük problemlə üzləşdik. Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib:
Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik".
BMT-nin iqamətgahında Eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !