Azərbaycan BMT ekspertlərinin bəyanatına münasibət bildirdi

15:39 | 24.08.2015
Azərbaycan BMT ekspertlərinin bəyanatına münasibət bildirdi

Azərbaycan BMT ekspertlərinin bəyanatına münasibət bildirdi

Azərbaycanın Cenevrədəki BMT ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi insan haqları üzrə bir qrup BMT ekspertinin 20 avqust tarixində Azərbaycan barədə yaydığı bəyanata münasibət bildirib.
 
APA-nın xəbərinə görə, nümayəndəlik bu bəyanatı əsassız və qeyri-obyektiv adlandırıb.
 
Daimi nümayəndəlik birinci instansiya məhkəməsinin hökmü ilə bağlı dəqiq məlumat  əldə etmədən BMT-nin insan hüquqları ekspertlərinin bəyanat verməsindən dərin narahatlıq keçirdiyini bildirib: "Fundamental insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların maraqları çərçivəsində qanunun aliliyinin təmin olunması hökumətin proritet vəzifəsidir. Konkret cinayət aktları törədən şəxslər məhkəmə qarşısına çıxarılıblar və bütün cinayət işləri obyektiv şəkildə, qanunvericiliyə tam uyğun və Azərbaycanın beynəlxalq öhdəlikləri əsasında həyata keçirilib. Azərbaycan hüquq cəmiyyət qurmaq istiqamətində qətiyyətlə irəliləyir. Qanunun aliliyinin əsas prinsiplərindən biri budur ki, bütün insanlar qanun qarşısında bərabərdirlər. Bu, özünü insan hüquqları müdafiəçisi adlandıraraq cinayət törədən şəxslərə də aiddir. İnsan haqları məsələsi qeyri-qanunu fəaliyyətlə məşğul olmağa haqq qazandırmır. Daimi nümayəndəlik Leyla Yunus və Arif Yunusla bağlı 13 avqust tarixli məhkəmə hökmünün mahiyyətini qəsdən təhrif etmək kimi cəhdləri pisləyir”.
 
Daimi nümayəndəlik hesab edir ki, konkret məhkəmə qərarları və cinayət işləri ilə bağlı dəqiq məlumatlar əldə etmədən qeyri-obyektiv ictimai bəyanatlar vermək, o cümlədən cinayət işi və məhkəmə qərarlarını siyasiləşdirmək məhkəmə işinə birbaşa müdaxilədir və qanunun aliliyinə təzyiqdir ki, bu da qəbuledilməzdir: "BMT insan haqları ekspertlərini mandatları çərçivəsində müstəqil və məsuliyyətli şəkildə fəaliyyət göstərməyə və Azərbaycana qarşı qarayaxma kampaniyalarına cəlb olunmaq səylərini dəf etməyə çağırırıq. Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarının qorunması və təbliği prinsipinə sadiqdir və BMT insan haqları ekspertlərini hazırkı əməkdaşlığı konstruktiv ruhda davam etdirməyə dəvət edir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM