Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub

12:20 | 07.07.2017
Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub

Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub

BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Global Cybersecurity Index” hesabatını dərc edib.

anews.az-ın xəbərinə görə, bu barədə Report BTİ-yə istinadən məlumat verir.

Hesabatda dünyada kibertəhlükəsizlik səviyyəsi barədə son məlumatlar təqdim edilib.

Sənədə əsasən, bütün ölkələrin yalnız 38%-də haker hücumlarından qorunmağa imkan verən kibertəhlükəsizlik sistemi var, ölkələrin 12%-i isə belə strategiyanın işlənib hazırlanması prosesindədir.

Hesabata əsasən, Azərbaycan dünya sıralamasında 48-ci yeri tutub. Rusiya 10-cu, Türkiyə 43-cü, İran 59-cu, Ermənistan 111-ci sırada qərarlaşıb.

Reytinqdə ilk pilləni Sinqapur tutub, ikinci yerdə isə ABŞ qərarlaşıb. İlk üçlüyü Malayziya qapayır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM