Avqustun 11-14-də Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər Kuboku keçiriləcək.
Boks Federasiyasına xəbər verir ki, 6-cı dəfə təşkil olunacaq yarışda Azərbaycan millisi məşqçi Ağası Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.
O, Vrbasda Bilal Nəzərov, Faiq Mollayev (hər ikisi 46 kq), Vaqif Hacıyev, Tağı Nəsibov (hər ikisi 50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyevə (70 kq) şans verəcək.
Serbiyaya bu gün yollanan komanda Bakıya avqustun 15-də dönəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !