Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

22:00 | 21.10.2022
Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

Beynəlxalq Boks Assosiasiyası (İBA) yeni reytinq cədvəlini açıqlayıb.

Bu barədə Azərbaycan Boks Federasiyas məlumat yayıb.
 
25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə açıqlanan siyahıda ölkənin 7 boksçusu yer alıb.

Milli komandanın heyətində ən yaxşı nəticə dünya çempionu, Avropa Oyunlarının qalibi, Tokio olimpiadasının bürünc medalçısı Alfonso Domingesə məxsusdur. O, 86 kq çəki dərəcəsində dünyanın ikinci ən güclü boksçusudur. Domingesin aktivində 2000 xalı var. Yığma üzvü 80 kq çəki dərəcəsində olan idmançıların reytinqində də yer alıb. Yay Olimpiya Oyunlarında bürünc medalı 81 kq-da qazanan boksçu bu siyahıda 1300 xalla 4-cü pillədə qərarlaşıb.

Dünya çempionatında 3-cü yeri tutan Sərxan Əliyev (71 kq) də öz çəki dərəcəsində 4-cü yerdədir. O, 1300 xala malikdir. Mundialın digər bürünc medalçısı Məhəmməd Abdullayev (+92 kq) komanda yoldaşı ilə eyni xala sahibdir və 7-ci pillədədir. O, bu yeri qazaxıstanlı Kamşibek Kunkabayevla birgə bölüşür.
Digər boksçularımızdan Məsud Yusifzadə (51 kq, 1000 xal) 11-ci, Mirşərif Kazımzadə (75 kq, 300) 34-cü, Rauf Rəhimov (92 kq, 100) 41-ci və Ümid Rüstəmov (57 kq, 100) 54-cü yerə şərikdir.

Siyahıda ümumilikdə 120 ölkə yer alıb. Azərbaycan komanda olaraq bu siyahıda 30-cu pilləni tutur və aktivində 7400 xalı var. Cədvələ isə 34950 xalla ABŞ başçılıq edir.

İBA-da reytinq cədvəli uzun müddətdən sonra bərpa olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM