Azərbaycan boksçusu Sənan Hətəmov İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində kanadalı Yakub Blaislə üz-üzə gəlib.
Hətəmov rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə üstələyib. O, İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdırmışdı.
Boksçu 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !