2023-cü ildə Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 75,8 milyon manat xalis mənfəətlə başa vurub, bu da 2022-ci ilə nisbətən 2,9 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
2023-cü ildə BOKT-ların əməliyyat gəlirləri 213,7 milyon manat (əvvəlki illə müqayisədə 79,6 % çox), əməliyyat xərcləri 114,5 milyon manat (40,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 6,5 milyon manat (10,2 % çox), gözlənilməz gəlirləri 0,4 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 17,4 milyon manat (2,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 758,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 47,1 % çoxdur. Bunun 558,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.
2023-cü ilin yanvarın 1-nə "Finans Invest”in aktivləri 1 milyon 510 min manat olub ki, bu da illik müqayisədə 13.5% azdır. Bunun 1 milyon 252 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
"Finans İnvest” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
BOKT "Finans İnvest” 2022-ci ili 111 min manat zərərlə başa vurmuşdu.
"Finans İnvest” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
BOKT "Finans İnvest” 2022-ci ili 111 min manat zərərlə başa vurmuşdu.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !