Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib

17:47 | 20.08.2024
Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib

Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib

Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir.

Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

BRICS-in üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləridir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM