Azərbaycan Britaniya nəşrində

09:06 | 02.12.2014
Azərbaycan Britaniya nəşrində

Azərbaycan Britaniya nəşrində

Böyük Britaniyanın Ticarət Palataları və İxracat İnstitutunun dəstəyi ilə "Global Trader” jurnalının Avropanın yüksək iqtisadi potensiala malik ölkələrinə həsr etdiyi "Guide to Emerging Europe” nəşrində Azərbaycanın Londondakı səfiri Tahir Tağızadənin önsözü və ölkəmizin ümumi iqtisadi vəziyətinə dair geniş məqaləsi dərc edilib.

"Sabitlik, dayanıqlılıq və rifah” sərlövhəli məqalədə ölkəmizdə son on il ərzində əldə edilmiş makroiqtisadi sabitlik və yeni iş yerlərinin yaradılması sahəsində görülmüş işlərdən bəhs olunub. 2013-2014-cü illər üzrə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın MDB məkanında son 5 il ərzində aparıcı yer tutduğunu qeyd edən səfir, ölkəmizin, xüsusilə enerji sahəsində Avropanın etibarlı və uzunmüddətli tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.

Məqalədə, Azərbaycanda hazırda iqtisadi diversifikasiya siyasətinin həyata keçirildiyi, 2014-cü ilin Sənaye İli elan olunduğu, ilk milli telekomunikasiya peykinin orbitə çıxarıldığı və yüksək sənaye parkı kimi layihələrin icrasına start verildiyi bildirlib.

T.Tağızadə, həmçinin Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərə toxunub, Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcminə görə, Böyük Britaniyanın aparıcı mövqe tutduğunu vurğulayıb. Enerji sahəsində əməkdaşlıqla başlamış bu tərəfdaşlığın gələcəkdə daha da inkişafı üçün qeyri-enerji sahələrinin inkişafının prioritet olduğunu qeyd edib.//AzərTac
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM