Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi bu ilin noyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 820 ton xam neft ixrac edib.ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% azdır. Ötən ay Supsa limanından (Qara dəniz, Gürcüstan) 161 498 ton neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% azdır. Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə hesabat ayında 1 830 657 ton xam neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% çoxdur. Ümumilikdə, yanvar-noyabr ayları ərzində Novorossiysk limanından neft ixracı son bir ildə 13,7% azalaraq 1 581 660 tona düşüb. Supsa limanından 2 483 731 ton neft göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır. Ceyhan limanından isə xam neft ixracı 1,4% azalıb və 18 280 943 ton təşkil edib. ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !