Dünyanın iqtisadiyyatlarının rəqabətə davamlılığının reytinqi açıqlanıb. ANS PRESS-in məlumatına görə, Ümumdünya İqtisadi Forumu "Qlobal rəqabətə davamlılıq 2014-2015" məruzəsində qeyd edilir ki, reytinq siyahısında Azərbaycan 38-ci pillədə qərarlaşıb.Qonşu ölkələrdən Türkiyə 45-ci, Rusiya 53-cü, Gürcüstan 69-cu, Ermənistan 85-ci, İran isə 83-cü pillədə özünə yer tapıb. Bu göstəricilərə görə, Azərbaycan öz regionunda birinciliyi əldə edib. Ermənistan iqtisadiyyatı əvvəlki reytinq siyahısındakı mövqeyini itirərək 6 pillə geriləyib.Reytinq cədvəlində birinci yerdə İsveçrə, ikinci yerdə isə Sinqapur qərarlaşıb. Üçüncü yeri isə ABŞ tutub. İlk onluqda adları qeyd olunan digər dövlətlər bunlardır: Finlandiya, Almaniya, Yaponiya, Honkonq, Niderlandlar, Böyük Britaniya və İsveç.Reytinqin son pillələrində Yəmən və Qvineya qərarlaşıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !