Azərbaycan bu il Şərqi Anadoludan 61 milyon dollarlıq məhsul idxal edib

18:30 | 14.06.2021
Azərbaycan bu il Şərqi Anadoludan 61 milyon dollarlıq məhsul idxal edib

Azərbaycan bu il Şərqi Anadoludan 61 milyon dollarlıq məhsul idxal edib

Bu ilin yanvar-may aylarında Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə üzv şirkətlərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 55,8 % artaraq 1 053,5 milyon ABŞ dollarına yüksəlib.


"Report” xəbər verir ki, bu barədə Şərqi Anadolu İxracatçılar Birliyi məlumat yayıb.


mƏLUMATA GÖRƏ, 5 ay ərzində ixracda ən yüksək artım sənaye, kənd təsərrüfatı və mədən sənayesində qeydə alınıb. Sənaye məhsullarının ixracı 41 % artaraq 730,459 milyon ABŞ dollarına, kənd təsərüffatı məhsullarının ixracı 2,5 dəfə artaraq 263,285 milyon ABŞ dollarına, mədən sənayesi məhsullarının ixracı isə 2,2 dəfə artaraq 59,760 milyon ABŞ dollarına çatıb.


Hesabat dövründə Şərqi Anadolu vilayətindən ən çox məhsul İraqa (276,810 milyon ABŞ dollara) ixrac olunub. Onu İran (63,355 milyon ABŞ dolları) və Azərbaycan (61,395 milyon ABŞ dolları) izləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb