Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının təsdiqlənmiş proqnozdan aşağı olacağı gözlənilir. Cari ilin sonuna büdcə gəlirlərinin proqnozdan 12,1%,xərclərin isə 16% az olacağı proqnozlaşdırılır.
"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin komitələrinin iclasında 2016-cı il üçün büdcə zərfinin layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.
Qeyd edək ki, ilkin olaraq 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri isə 21 mlrd. manat həcmində proqnozlaşdırlırdı.
Nazir həmçinin vurğulayıb ki, 2015-ci ildə Dövlət Neft Fondundan büdcəyə transfert 10,388 mlrd. manat həcmində proqnozlaşdırlsa da, onun icra göstəricisinin 8,130 mlrd. manat həcmində olacağı gözlənilir.
Qeyd edək ki, 2016-ci ildə Neft Fondundan transfertin 6 mlrd. manat olması proqnozlaşdırılır, bu da 2015-ci ilin proqnozundan 42,2% azdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !