"Azərbaycan böyük hərbi əməliyyatlara hazırlaşır”
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki,
bunu jurnalistlərə açıqlamasında Erməni İnqilabi Federasiyasının
(Daşnaksütyun) siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası prezidenti İlham
Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisindəki çıxışı
Ermənistan və Dağlıq Qarabağ Respublikası arasında hərbi-siyasi müqavilə
bağlamaq üçün çox gözəl bir səbəbdir.
"Naxçıvanda olduğu kimi, Ermənistanın və Qondarma Dağlıq Qarabaq
Respublikasının sərhədində aparılan bütün bu hazırlıqlar onu göstərir
ki, Bakı böyük hərbi əməliyyatlara hazırlaşır. Ancaq bu o demək deyil
ki, mütləq müharibə olacaq”- deyə K.Monoyan əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !