Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərov istefa verib. Apasport.az saytının xəbərinə görə, o, Bakıda keçirilən “Böyük Dəbilqə” turnirindən sonra postundan ayrılıb. Məlumatı Kələntərovun özü də təsdiqləyib: “Mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə bağlı keçirilən “Böyük dəbilqə” turnirində üzərimə düşən vəzifələr vardı. Yarış başa çatdıqdan sonra qərarımı açıqladım”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !