Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlər zamanı müasir döyüş üsullarının istifadəsi ilə zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki döyüş atışları keçirilib, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin tətbiqi icra edilib.
Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin uzlaşdırılması və təminatın təşkili öyrənilib, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.
ANN.Az