ANN.Az xəbər verir ki, bunu Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
Xidmət rəisi bildirib ki, 2015-ci ilin iyun ayının 12-də Abşeron yarımadasına Dağıstan Respublikasının Terek çayı vadisindən Xəzər dənizi vasitəsi ilə Asiya çəyirtkəsi miqrasiya edib:
"Qısa müddət ərzində səyyar qərargahlar yaradılaraq, 1040 hektar sahədə mübarizə tədbirləri aparıldı və Asiya çəyirtkəsinin ocaqları məhv edildi. Hər il Dövlət Xidməti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir və maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, bunun qarşısı dərhal alınsın və kənd təsərrüfatı məhsullarına ziyan vurmasına imkan verilməsin”.
DFNX rəisinin sözlərinə görə, Xidmət tərəfindən bu il də xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə respublikanın rayonlarını əhatə edən qərargahlar yaradılıb:
"Bu günə qədər respublika üzrə 3913 sahədə Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri aparılıb. Çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !