• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Azərbaycan COP16 Bürosuna üzv seçildi

Azərbaycan COP16 Bürosuna üzv seçildi
03.12.2024 13:28
Dekabrın 2-13-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.Bu barədə XİN məlumat yayıb.
Sədrlik dövründə ölkəmiz, həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

Qrupa Azərbaycan ilə bərabər, 15 Şərqi və Mərkəzi Avropa dövləti daxildir.

2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub.

12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu, həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Apple iPhone 18 buraxmağa hazırlaşır
Cəmiyyət 07:53
Apple iPhone 18 buraxmağa hazırlaşır
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 21:35
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Cəmiyyət 20:35
Gəncədə sərnişin avtobusu yük maşını ilə toqquşub,yaralı var
Bakıda ofisdən oğurluq edənlər saxlanılıb
Cəmiyyət 18:30
Bakıda ofisdən oğurluq edənlər saxlanılıb
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:28
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Sabah bu qəsəbədə su olmayacaq
Cəmiyyət 16:00
Sabah bu qəsəbədə su olmayacaq
Binəqədidə avtomobil və motosiklet oğurlayan şəxslər saxlanılıblar
Cəmiyyət 15:27
Binəqədidə avtomobil və motosiklet oğurlayan şəxslər saxlanılıblar
Binəqədidə evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Cəmiyyət 14:52
Binəqədidə evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 13:53
DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol