Azərbaycan İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti gedişində təşkilatın üzvü seçilib. Bu barədə Azərbaycan XİN məlumat verib.
Dekabrın 19-da Qahirədə keçirilən sammitdə Azərbaycanı Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda yaradılıb. Türkiyədən başqa Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan təşkilatın üzləridir. Təşkilatın Katibliyi İstanbul yerləşir. "İslam səkkizliyinə" daxil olan ölkələrdə dünya müsəlmanlarının 60% yaşayır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !