Türkiyə kanallarından birində Azərbaycan ərazisi ilə bağlı maraqlı proqnoz verilib. 2013-cü ildə verilən proqnoz isə Türkiyənin sosial mediasında geniş müzakirə mövzusu olub.
"A24.az” xəbər verir ki, 2013-cü ildə AK partiyasının təşkil etdiyi toplantıda çıxış edən Yiğit Bulut Şimali İraqda yaşayan kürdlərin referendum keçirib Türkiyəyə qatılacaqlarını bildirib.
Hələ 4 il bundan əvvəl deyilən bu sözlərə Yiğit Bulut "Allah ömür verərmi, verməzmi bilmirəm, amma bu gecə deyəcəklərimi bir yerə yazın. 2 hətta 3 il ərzində Şimali İraq referendum keçirib Türkiyəyə birləşmək qərarını verəcək”.
Türkiyənin daha da genişlənəcəyini iddia edən Bulut Azərbaycanın da Türkiyəyə qatılacağını bu cür ifadə edib:
"Azərbaycan tamamilə Türkiyəyə qatılacaq. 4 il bundan əvvəl beynəlxalq toplantıya getmişdim. Orda belə yazmışdılar: 4 tərəfi dənizlərlə əhatələnmiş Türkiyə… Dedim ki, mənim bildiyim 3 dəniz var. Adam xəritəni qaldırdı və Xəzəri göstərdi. Türkiyənin sərhədləri Xəzərə qədər gedib çıxacaq!”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !