“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq

19:05 | 29.09.2014
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günləri “Azərbaycan Dəmir Yolları” QSC növbəli iş rejimində çalışacaq.Bunu “APA-Economics”ə “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, vağzallarda, stansiyalarda və yüklərin dolması-boşalması həyata keçiriləcək: “Bundan başqa, sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq. Artıq ehtiyatda olan əlavə vaqonlar texniki baxışdan keçirilib. Bu ehtiyatda olan vaqonlar qismən də olsa yaranacaq sıxlığı aradan qaldıracaq”. N. Əzməmmədov qurumun bütün əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışacağını və bayram günlərində işdə olacağını deyib: “Çalışacağıq ki, sıxlıq yaşanmasın və sərnişinlər mənzil başına rahat çatsınlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM