"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşlarının iş rejmində dəyişiklik edilməsinə hazırlıq gedir.
Bu məqsədlə işçilərə yarımştata keçmək üçün ərizə yazmaq göstərişi verilib.
"Report"a daxil olan məlumata görə, bu haqda ilkin olaraq Baş İdarənin artıq bir neçə şöbəsinə məlumat verilib. Bu prosesin mərhələli şəkildə qurumun digər strukturlarını da əhatə edəcəyi gözlənilir. Bu isə əmək haqları kiçik olan dəmiryolçuların narazılığına səbəb olub. Dəmiryolçular iş saatlarının azaldılmasını maliyyə çətinlikləri ilə əlaqədar olduğunu hesab edirlər.
Məsələ ilə bağlı "Report"a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov belə bir məlumata malik olmadığını deyib.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin strukturuna Yük Daşımaları Departamenti, İnfrastruktur, Sərnişin Daşımaları Departamenti, Dəmir Yolları və Texniki Qurğuların Təmiri-Tikinti Departamenti daxildir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !