"Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-cü ilin yanvar-sentyabrında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 332 milyon 479,9 min manat (cari məzənnə ilə 195,6 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 16,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gəlirlərin strukturunda yük daşımalarının xüsusi çəkisi 325 milyon 841,2 min manat (artım 15 faiz), o cümlədən beynəlxalq istiqamətlər üzrə 280 milyon 620,9 min manat (artım 15,7 faiz), daxili istiqamətlər üzrə 45 milyon 220,3 min manat (artım 11,2%) təşkil edib.
Beynəlxalq marşrutlar üzrə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların xüsusi çəkisi 136 milyon 142,3 min manat (artım 15,9%) təşkil edib.
Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan əldə olunan gəlir 6 milyon 638,7 min manat (artım 2,1 dəfə) təşkil edib, bu həcmin hamısı daxili istiqamətlərdə daşınmadan əldə edilib.
2023-cü ilin yanvar-sentyabrında Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 13 milyon 702,8 min ton (artım 0,9 faiz), sərnişin daşınması 4 milyon 915,6 min nəfər (artım 45,5 faiz) təşkil edib.
Hesabat dövründə tranzit yükdaşımaların həcmi 5 milyon 306,5 min ton (azalma 7%) olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !