Dəmir yolları ilə tranzit rejimində yük daşımalarının həcmi bu ilin yanvar-sentyabrında 951 667 ton hesablanıb. 2020-ci ilin müvafiq dövründə isə daşımaların həcmi 4 130 767 ton təşkil edib.
Dəmir yolları ilə daşınan konteynerlərin sayı (TEU) cari ilin üçüncü rübündə 13 480 ton olub. Bu da ötən il müqayisədə təxminən 39 min ton az olub. 2020- ci ilin eyni dövründə konteynerlərin sayı isə 52 455 ton idi.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının həcmi 2021 ci ilin 9 ayında 137 189 ton müəyyən edilib. Keçən il isə bu rəqəm 224 944 ton təşkil edib.
Azərbaycan Dəmir Yolları" QSC 2021-ci ildə yığılmış zərəri 30,4% artaraq 2 212,434 milyard manat olub. Ötən il isə QSC 516,187 milyon manat xalis zərərlə başa vurmuşdu.
Zeynalova Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !