“Vətəndaş paytaxtdan bir bölgəyə məsafəni əvvəlkindən 2-dəfə az vaxt müddətində getməlidir”.Gələn ildən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. Bu yolla normal qatarlar gedib gələcək.Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib.Onun sözlərinə görə, hazırda sürət qatarlarının alınması istiqamətində danışıqlar aparılır. Azərbaycan dəmir yollarında sürətin artırılması istiqamətində çox ciddi işlər gedir. Çox güman, gələn ildən Azərbaycan dəmir yollarında qatarların sürəti artırılacaq. Vətəndaş paytaxtdan bir bölgəyə heç olmasa məsafəni əvvəlkindən 2-dəfə az vaxt müddətində getməlidir. Bəzən, dəmir yolunun müəyyən yerlərində problem olduğuna görə qatarlar ləngiyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !