• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Dəmir Yolları”nın qatar bələdçiləri aclıq aksiyası keçirir

“Azərbaycan Dəmir Yolları”nın qatar bələdçiləri aclıq aksiyası keçirir
29.05.2020 05:02

Aksiya iştirakçılarının APA-ya verdiyi məlumata görə, idarənin 80 nəfərə yaxın işçisi Azərbaycandan MDB ölkələri istiqamətində hərəkət edən qatarların kişi bələdçilərinin qadınlarla əvəzlənməsinə və maaşların az olmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.

 

Bu gün idarənin Sərnişindaşıma şöbəsinin rəisi Əliyar Muradov bələdçilərlə görüşüb və aksiya iştirakçılarını yanvarın 28-də qəbul edəcəyini, maaşların artırılacağını və onların problemlərinin həll ediləcəyi bildirib. Aksiya iştirakçıları isə deyiblər ki, aclıq aksiyası problemlər həllini tapana kimi davam edəcək.

 

“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır. Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər: “Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əməkhaqqı beynəlxalq istiqamətdə çalışanların əməkhaqqından yüksəkdir”.

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol