Azərbaycan derbisində rekord qeydə alınıb

19:30 | 03.10.2022
Azərbaycan derbisində rekord qeydə alınıb

Azərbaycan derbisində rekord qeydə alınıb

Premyer Liqanın VIII turunda "Qarabağ” və "Neftçi” komandaları arasında keçirilmiş Azərbaycan derbisində rekord qeydə alınıb.


"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib.


3:1 hesablı qələbə qazanan "köhlən atlar" ardıcıl 5-ci dəfə rəqibini xalsız qoyub.


Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. "Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.


1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. "Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.

 "Qarabağ”la "Neftçi” ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb