Azərbaycanın Dubaydakı keçmiş konsulunun rəhbərlik etdiyi Ukraynadakı Qafqaz xalqlarını nümayəndəlikləri yeni müraciət yayıblar. Bu barədə Azərbaycanın Dubaydakı keçmiş konsulu, Ukrayna Xarici İşlər Nazirliyinin əməkdaşı, Ukrayna Qafqaz Xalqları Konqresinin (UQXK) sədri Paşa Məmmədov özü bildirib.
Müraciətdə 50-ə qədər Qafqaz xalqları təşkilatlarının təmsil olunduğu UQXK – nın Ukraynada cəbhə bölgəsində 3 batalyona indiyə qədər mütəmadi 1 milyon dollara yaxın miqdarda humanitar yardım göstərdiyi də açıqlanıb. Yardım hərbi amunasiya, zirehli gödəkçələr, pereparatlar və digər humanitar məqsədli ləvazimatlardan ibarətdir. Müraciətdə o da vurğulanıb ki, UQXK bütün təşkilatları münaqişədən əziyyət çəkən insanları bu cür aksiyaya qoşulmağa çağırır. Eyni zamanda müraciətdə Ukrayna rəhbərliyini, Qafqaz xalqlarının daha çox yaşadığı Rusiyanı sülh danışıqları ilə münaqişəni dayandırmağa dəvət ediblər. Bildirilib ki, Ukraynada yaşayan qafqazlılar bundan çox narahatdır.
Hərbi birləşmələr bununla bağlı UQXK-ə təşəkkür məktubları göndərib.
ANN.Az