Azərbaycan dili ilə bağlı kifayət qədər problemlər var-Nazir

Azərbaycan dili ilə bağlı kifayət qədər problemlər var. Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda müəllimlərin konfrasında çıxışı zamanı deyib.
www.anews.az
"Hər kəs ana dilində yazıb, oxumağı bacarmalıdır. Azərbaycan dili fənninin imtahanında nəticələrə baxsaq görərik ki, ən yüksək nəticə göstərən abituriyent esse yaza bilmir",- nazir vurğulayıb.
Nazir jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, bu ildən məktəblərdə Azərbaycan dilini fəninin sayı artırılır. Bundan əlavə rus bölməsi üzrə musiqi, Azərbaycan tarixi və hərbi dərs Azərbaycan dilində keçiriləcək.
Gülnar
www.anews.az