Azərbaycan dilinin informasiya bazası yaradılıb

15:13 | 22.01.2018
Azərbaycan dilinin informasiya bazası yaradılıb

Azərbaycan dilinin informasiya bazası yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin informasiya bazası - www.azerbaycandili.az saytı yaradılıb.

APA-nın xəbərinə görə, saytda "Dil haqqında”, "Qanunlar”, "Azərbaycan dilçiləri” və "Dilçilik kitabxanası” bölmələri mövcuddur.

Bölmələrdə Azərbaycan dili haqqında ümumi məlumat, dövlət dili haqqında hüquqi-normativ baza haqda məlumatlar yerləşdirilib.

İnformasiya bazasında Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları da yer alıb.

Bu günlərdə saytın geniş ictimaiyyət üçün təqdimatı keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM