Azərbaycan Dillər Universitetinin məzunları 30 il sonra görüşdülər

21:00 | 19.06.2019
Azərbaycan Dillər Universitetinin məzunları 30 il sonra görüşdülər

Azərbaycan Dillər Universitetinin məzunları 30 il sonra görüşdülər

Azərbaycan Dillər Universitetindən 30 il öncə məzun olan 40-a yaxın  tələbələsi universitetin əsas binasında bir araya gəliblər.

Qaynarinfo AZXEBER.COM-a istinadən xəbər verir ki, görüşə 1989-cu ildə məzun olan bir qrup müəllim heyəti qoşulub. Hazırda respublikanın bir çox bölgələrində çalışan xarici dil müəllimləri arasına illərdir bu sahədə ixtisaslaşmış peşəkar mütəxəssislər də yer alıb.

Universitetin binasına daxil olan məzunlar 30 il öncəki tələbəlik xatirələrini xatırlayıb, çıxışlar ediblər. İlk olaraq illər öncə əyləşdikləri partada oturan məzunlar, daha sonra akt zalında keçirilən tədbirdə çıxışlar ediblər. Yeni məzunlara uğurlar arzu edən universitetin keçmiş tələbələri onlara şərəfli müəllimlik həyatı arzulayıblar.

Aralarında dünyadan köçən məzunların olduğu xatırlanıb və onların əziz xatirələri  tələbə yoldaşları tərəfindən yad edilib. 

Çıxışçılar universitetin müasir təhsilimizdəki danılmaz rolunu və bu gün ADU-nun savadlı kadrlar istehsal edən təhsil ocağı kimi tanındığını dilə gətiriblər. 

Tələbəlik illərini kövrək xatirələrlə yad edən məzunlar sonda göstərdikləri xoş diqqətə görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. 

Görüşdən sonra universitetin həyətində xatirə şəkili çəkilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM