Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) milli pavilyonla təmsil olunacaq.
Oktyabrın 2-dən 2024-ci il martın 28-nədək fəaliyyət göstərəcək "Doha Ekspo 2023” "Yaşıl səhra, daha yaxşı ətraf mühit” ("Green Desert, Better Environment”) mövzusunda təşkil ediləcək. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır.
Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunur. Ziyarətçilər ekspo çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcəklər.
Beynəlxalq Sərgilər Bürosu və Bağçılıq İstehsalçıları Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Doha Expo 2023” sərgisinin 3 milyondan çox ziyarətçi qəbul edəcəyi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !