Son beş ildə ölkəmiz beynəlxalq reytinqdə 9 pillə irəliləyib
Telekommunikasiyanın inkişafına görə Azərbaycan dünyada 2010-cu ildəki 76-cı yerdən bu il 67-ci yerə yüksəlib. "Report”un məlumatına görə, bu barədə Beynəlxalq Telekomunikasiya İttifaqının (ITU) 2015-ci il üçün hazırlanan "Elektron cəmiyyətin ölçülməsi” adlı hesabatında deyilir.
Sözügedən reytinq cədvəlinə 5 il əvvəl olduğu kimi Cənubi Koreya başçılıq edir. Sonrakı yerlərdə isə Skandinav ölkələri, İngiltərə, Niderland, İsveçrə, Lüksemburq, Yaponiya və Honq-konq tutub.
Reytinqdə böyük sıçrayışla Bəhreyn (48-dən 27-ci yerə) və BƏƏ (49-dan 32-yə) irəliləyib. Belarus 56-cı yerdən 36-ya qalxıb. Gürcüstan 85-dən 78-ə, İran isə 99-dan 91-ə, Ermənistan isə 78-dən 76-cı yerə yüksəlib. Rusiya bu siyahıda 45-ci yerdə, Türkiyə isə 69-cu yerdə qərarlaşıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !