Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir layihə

10:23 | 04.12.2013
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir layihə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir layihə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir layihə reallaşdırır.Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yaradıcı heyət bu dəfə tanınmış kinoaktrisa, Xalq Artisti Həmidə Ömərova və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Nurəddin Mehdixanlının iştirakı ilə yeni tamaşanın təqdimatına hazırlaşır.Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında son məşqləri gedən eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.Ailə üzvləri bir-biri ilə kəskin və amansız mübarizəyə qoşulur. Bəs hadisələrin sonrakı inkişafı hansı istiqamətdə gedir və sonluq nə ilə bitir?Əlbəttə, bütün bunları yeni tamaşanı seyr edənlər biləcəklər.Yeni səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir. Rolları Xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcəklər.Tamaşanın premyerası bu il dekabrın 21 və 22-də keçiriləcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM