Azərbaycan Dövlət Musiqili Teatrında təmir işləri başa çatıb

23:10 | 04.02.2014
Azərbaycan Dövlət Musiqili Teatrında təmir işləri başa çatıb

Azərbaycan Dövlət Musiqili Teatrında təmir işləri başa çatıb

Azərbaycan Dövlət Musiqili Teatrında təmir, yenidənqurma və bərpa işləri başa çatıb.

 

Teatrın direktoru Əliqismət Lalayevin verdiyi məlumata görə, yeni binada teatrın açılışı məqsədilə “Bu bizik - Musiqili Teatr!” adlı iki hissəli proqramın hazırlıq işlərinə başlanılıb:

 

“Tamaşada demək olar ki, repertuarda olan bütün əsərlərdən parçalar oynanılacaq. Bu, 104 yaşlı kollektivin yaradıcılığına bir növ baxış olacaq, teatrın təqdimatı xarakteri daşıyacaq. Ona görə də bu təqdimata çox böyük səylə hazırlaşırıq. Açılış mərasimi həm də Milli Teatr gününə təsadüf etdiyindən, teatrda əsl bayram təntənəsi olacaq”.

 

Ə. Lalayev əlavə edib ki, teatrın açılışı məqsədilə xalq artisti İranə Tağızadə teatra dəvət olunub. Proqramın ssenari müəllifi əməkdar artist Firdovsi Atakişiyev, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəqslərin quruluşçuları xalq artisti Təranə Muradova, Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Vaqif Məstanov, işıq üzrə rəssamı Rəfael Həsənov, kostyumların müəllifi rəssam-modelyer Yelena Almazovadır. Gənc rejissorlar Anar Sadıqov və Tamilla Aslanova isə İranə Tağızadəyə assistentlik edəcəklər. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM