• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Azərbaycan Dövlət Neft Fondunun AÇQdən gələn gəlirləri azalıb

Azərbaycan Dövlət Neft Fondunun AÇQdən gələn gəlirləri azalıb
06.12.2024 16:26
2024-cü ilin ilk 11 ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 5,725  milyard ABŞ dolları məbləğində gəlir əldə edib ki, bu da ötən ilin eyni dövründən 9,9% azdır. Bu barədə fondun yayımladığı məlumatda bildirilir. 

Ötən ilin yanvar-noyabında  ARDNF yataqlar blokunun işlənməsindən 6 milyard 353,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur.
 
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il  sentyabr 20-də imzalanıb.
 
2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair bağlanan yeni saziş ilə müqavilənin müddəti 2049-cu ilə kimi uzadılıb. 
 
BP (30,37) %, SOCAR (31,655 %), "MOL Group” (9,57 %) INPEX (9,31 %), "ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited” (OVL) (2,925 %) paya malikdir. 
 
N.Təbrizli




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hacıqabulda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 23:21
Hacıqabulda erkən nikahın qarşısı alınıb
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 21:30
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 18:03
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:57
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Cəmiyyət 16:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Hava ilə bağlı - Xəbərdarlıq
Cəmiyyət 15:29
Hava ilə bağlı - Xəbərdarlıq
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Cəmiyyət 14:13
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəmiyyət 14:00
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 13:15
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol