2023-cü ilin yanvar-noyabrında Dövlət Vergi Xidmətinin (DSX) xətti ilə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4,1% artaraq 15 milyard 337,7 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Bu ilin 11 ayının yekunlarına əsasən, Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə vergi daxilolmaları 15 milyard 337,7 milyon manat təşkil edib. Bunun 9 milyard 15,8 milyon manatı (artım 18,9%) qeyri-neft-qaz sektorunun payına düşüb”, - Cabbarov sosial şəbəkə hesabında yazıb.
Belə ki, 2023-cü ilin 11 ayı ərzində Dövlət Vergi Xidməti üzrə yığımların 58,8 faizi qeyri-neft-qaz sektoru tərəfindən təmin edilib.
Əvvəl xəbər verdiyimiz kimi, 2023-cü il üçün Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14,9 milyard manat nəzərdə tutulub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !