Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə mərasim keçirilib

22:44 | 22.11.2013
Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə mərasim keçirilib

Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə mərasim keçirilib

Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə mərasim keçirilib.

 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib. Ədliyyə naziri mərasimi açaraq peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib.

 

Prezident Administrasiyasının şöbə müdiri F. Ələsgərov çıxış edərək ölkə prezidenti İlham Əliyevin ədliyyə işçilərinə təbrikini çatdırıb. Ədliyyə orqanlarının intibah dövrü yaşadığını vurğulayan F. Ələsgərov aparılan islahatlardan, o cümlədən cəmiyyətdə ədliyyənin yeri və rolundan, şəffaf və elektron xidmətlərin və İKT-lərin tətbiqindən danışıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sisteminin tarixindən danışıb, son illər ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparılmasından, əldə olunan nailiyyətlərdən bəhs edib.

Yığıncaqda fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi mükafatlandırılmış, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və s. təltiflər təqdim olunub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb